Putin: "Yeni demokratik beynəlxalq münasibətlər sistemi yaranır"

   Putin:    "Yeni demokratik beynəlxalq münasibətlər sistemi yaranır"
  27 Noyabr 2023    Oxunub:1114
Qərb dövlətlərinin əsasən öz maraqları naminə formalaşdırdıqları qloballaşma modeli öz faydalılığını göstərmədi və dərin böhran içindədir.
Bu fikri Rusiya prezidenti Vladimir Putin “Primakovskie çtenie” beynəlxalq forumunun iştirakçıları və qonaqlarını salamlayarkən deyib.

Rusiya liderinin sözlərinə görə, hazırda əksər ölkələrin ehtiyaclarına cavab verən yeni, daha ədalətli və demokratik beynəlxalq münasibətlər sistemi yaranır.

Tural Tağıyev

AzVision.az



Teqlər: Putin  





Xəbər lenti