Ermənistan müttəfiq olub və olaraq qalır: KTMT-nin baş katibi

   Ermənistan müttəfiq olub və olaraq qalır:    KTMT-nin baş katibi
  27 Noyabr 2023    Oxunub:990
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müttəfiqi olub və qalır. Bu barədə TASS-a qurumun baş katibi İmanqali Tasmaqambetov KTMT-nin Minskdə keçirilən sammitində Ermənistanın ali rəhbərliyinin iştirak etməməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Minskdəki sessiyada İrəvanın iştirak etməməsi səbəbindən hər hansı qəti nəticə çıxarmağın mənası yoxdur.

"Məncə, bu vəziyyətdən (erməni nümayəndə heyətinin olmaması – red.) qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Məncə, bu, hər şeyi deyir", - baş katib bildirib.

Bundan əvvəl Kreml bəyan etmişdi ki, KTMT aktual olaraq qalır və bütün ölkələr bu bloku daha da gücləndirmək və inkişaf etdirmək zərurətində həmrəydir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ümid edir ki, Ermənistan təşkilatda geniş iştirakın lehinə sonda öz yanaşmalarını bərpa edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti