İranda 3,5 milyon şagird təhlükəli siniflərdə təhsil alır

İranda 3,5 milyon şagird təhlükəli siniflərdə təhsil alır
  27 Noyabr 2023    Oxunub:944
İranda 3,5 milyon məktəbliyə 100 min potensial təhlükəli sinifdə dərs keçilir.
AzVision.az xəbər verir ki, İranda Məktəblərin tikintisi Xeyriyyəçiləri assosiasiyasının rəhbəri Nasir Qufli belə məlumat açıqlayıb.

“Dövlətin köməyi ilə 2500 məktəbin təməli qoyulub. Lakin dövlət öz üzərinə götürdüyü vəsaiti ödəmədiyi üçün onlar yarımçıq qalıb. Hazırda 100 min potensial təhlükəli sinifdə 3,5 milyon tələbə təhsil alır”, – Qufli deyib.

Onun sözlərinə görə, yarımçıq qalan 2500 məktəbi xeyriyyəçilər tikəcəklər.
AzVision.az



Teqlər: İran   məktəblər  





Xəbər lenti