İran sərnişin təyyarələrində uçuş pozuntusu törətməkdə ittiaham olunub

   İran sərnişin təyyarələrində uçuş pozuntusu törətməkdə ittiaham olunub
  27 Noyabr 2023    Oxunub:874
Bir sıra sərnişindaşıma təyyalərərinin pilotları Orta Şərq səmasında istiqamətlərini tapmaq üçün “misli görünməmiş” pozuntulara tuş gəldiklərini bildiriblər.
AzVision.az “Forbes” jurnalının internet səhifəsində yerləşdirilən məlumata istinadən xəbər verir ki, naviqasiya pozuntusu sentyabr ayının son günlərində İran-İraq sərhədi səmasında baş verib. Ssistemdə pozuntu 20 sərnişindaşıma təyyarəsinin istiqamət itirməsi ilə nəticələnib.

Məlumatda İranın sərnişindaşıma təyyarələrinin naviqasiya sistemlərinə qəsdən dağıdıcı və pozucu dalğa ötürdüyü və pozuntuların daha çox İraq, Qahirə (Misir) və İsrail səmalarında baş verdiyi bildirilir.

İstiqamətlərini itirmiş bir neçə təyyarə ötən aylarda bilmədən İranın səmasına keçiblər. Naviqasiya sistemlərinin pozulması təyyarələri faktiki olaraq texniki baxımdan “kor” edir. Nəticədə isə bu pozuntular təyyarələri qəzaya uğrada və sərnişinlərə təhlükəli anlar yaşada bilər.
AzVision.az


Teqlər: İran   təyyarələr  





Xəbər lenti