Rusiya XİN HƏMAS-ın rus girovu azad etməsini alqışladı

Rusiya XİN HƏMAS-ın rus girovu azad etməsini alqışladı
  27 Noyabr 2023    Oxunub:899
Rusiya Xarici İşlər Nazirliyi Qəzza zolağında saxlanılan Rusiya vətəndaşının HƏMAS əsirliyindən azad edilməsini yüksək qiymətləndirir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. Məlumat XİN-in rəsmi Telegram kanalında dərc olunub.

“HƏMAS hərəkatının rəhbərliyinin göstərdiyi xoşməramlı jestini və bizim üçün xüsusi əhəmiyyət kəsb edən humanitar problemlərin həllində konstruktiv qarşılıqlı fəaliyyətə hazırlığını müsbət qiymətləndiririk”, - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Ron Krivoy adlı Rusiya vətəndaşının azadlığa buraxılması Xarici İşlər Nazirliyinin israrlı fəaliyyəti sayəsində mümkün olub. Eyni zamanda, Krivoy qadın və uşaqların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı İsrail-HƏMAS razılaşmaya aizidiyyəti olmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   HƏMAS  





Xəbər lenti