“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb
  28 Noyabr 2023    Oxunub:996
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan daha 23 ədəd “Starlink” peykini orbitə çıxarıb.
Daşıyıcı raket noyabrın 27-də ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 23:18-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb.

Daşıyıcı raketin artıq 17-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına şaquli eniş edib.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 126-cı, cari ildə isə 57-ci qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,4 mindən çox peyk buraxıb. Onların 5,1 mindən çoxu işlək vəziyyətdədir.

AzVision.az



Teqlər:





Xəbər lenti