“Azərbaycanla 15 gün ərzində sülh sazişi imzalamaq mümkündür”

   “Azərbaycanla 15 gün ərzində sülh sazişi imzalamaq mümkündür”
  28 Noyabr 2023    Oxunub:1000
“Siyasi iradə olarsa, 15 gün ərzində İrəvanla Bakı arasında sülh sazişi imzalanmaq mümkündür”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bütün fundamental məsələlər üzrə beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan razılıq əldə olunub”, - o qeyd edib.

A.Simonyan deyib ki, hazırda Ermənistan və Azərbaycan liderləri arasında görüş barədə razılıq yoxdur. Spikerin sözlərinə görə, Ermənistan bununla bağlı istənilən təklifi müzakirə etməyə hazırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti