Baydenin oğlu prezidentin impiçmenti üzrə ifadə verməyə hazırdır

Baydenin oğlu prezidentin impiçmenti üzrə ifadə verməyə hazırdır
  28 Noyabr 2023    Oxunub:1206
ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən ictimai dinləmədə Amerika liderinin impiçmenti ilə bağlı ifadə verməyə hazırdır.
Bu barədə vəkil Ebbi Louellin komitə sədri Ceyms Komerə ünvanladığı məktubda deyilir.

“The Washington Post” nəşri aydınlaşdırıb ki, Komerin Amerika prezidentinin oğluna göndərdiyi çağırış vərəqəsi komitə qarşısında bağlı qapılar arxasında ifadə verməyi nəzərdə tutur.

Hanter Baydenin vəkilinin sözlərinə görə, dinləmələrin ictimai xarakter daşıması prosesi daha şəffaf edəcək. Louellin qeyd edib ki, Amerika liderinin oğlu komitə sədrinin təklif etdiyi tarixdə, yəni dekabrın 13-də və ya razılaşdırıla bilsə, həmin ayın istənilən başqa günü ictimai dinləmələrdə iştirak etməyə hazır olacaq.

Vəkil Komeri ölkə prezidentinin impiçmenti ilə bağlı təhqiqatı gecikdirdiyinə və resursları israf etdiyinə görə qınayıb.
AzVision.az



Teqlər: Bayden  





Xəbər lenti