İsrail və HƏMAS atəşkəsin uzadılması barədə ilkin razılığa gəliblər

   İsrail və HƏMAS atəşkəsin uzadılması barədə ilkin razılığa gəliblər
  29 Noyabr 2023    Oxunub:916
İsrail hökuməti və HƏMAS hərəkatı humanitar atəşkəsin daha iki gün uzadılması ilə bağlı ilkin razılığa gəlib.
AzVision.az xəbər verir ki, bu barədə “Əl-Ərəbi Əl-Cədid” qəzeti Misirdə adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Materialda qeyd edilib ki, müvafiq danışıqlarda Qahirə və Vaşinqtondan olan nümayəndələr iştirak ediblər. Onlarla birlikdə Qətərdən olan diplomatlar vasitəçi rolunu oynayıblar.

Nəşrin məlumatına görə, Qəzza zolağında atəşkəs eyni şərtlərlə uzadıla bilər. Söhbət girovların və İsrail dövlətinin həbsxanalarında olan fələstinlilərin mübadiləsinin davam etdirilməsindən gedir.

AzVision.az


Teqlər:





Xəbər lenti