Abdullahiyan ABŞ-a gedə bilmədi - VİDEO

   Abdullahiyan ABŞ-a gedə bilmədi -    VİDEO
  29 Noyabr 2023    Oxunub:909
Vaşinqtonun astagəlləyi üzündən İranın nümayəndə heyəti ABŞ-a səfər edə bilməyib.
AzVision.az “Quds Online” portalına istinadən xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün jurnalistlərə açıqlamasında belə məlumat açıqlayıb.

“ABŞ mənə və İran nümayəndə heyətinə bu gün səhər viza verib, ona görə də BMT Təhlükəsizlik Şurasının iclasında praktiki olaraq iştirak etmək mümkün olmadı”.

Abdullahiyan, əmçinin İran prezidenti İbrahim Rəisinin bu həftə Ankaraya səfərinin Qəzzadakı vəziyyət və atəşkəs prosesi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası səbəbindən təxirə salındığını deyib.

Nazirin sözlərinə görə, əsas prioritet Təhlükəsilik Şurasının iclası olduğundan, Türkiyə və İran prezidentləri telefon danışığında Rəisinin Ankaraya səfərinin bir neçə gün ərzində həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

AzVision.az


Teqlər: İran   BMT  





Xəbər lenti