Qəzzada atəşkəs daha iki gün uzadıla bilər

Qəzzada atəşkəs daha iki gün uzadıla bilər
  29 Noyabr 2023    Oxunub:1149
Qəzza zolağında HƏMAS-la İsrail arasında humanitar atəşkəs daha iki gün uzadıla bilər.
AzVision.az xəbər verir ki, bu barədə Misir təhlükəsizlik güclərindəki iki mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlar aparan tərəflər hesab edirlər ki, Fələstin anklavında atəşkəs daha bir və ya iki günə uzadıla bilər.

“Agence France-Presse” isə (AFP) bildirib ki, HƏMAS Qəzza zolağında İsraillə atəşkəs razılaşmasını daha dörd gün uzatmağa hazırdır.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Vaşinqton Qəzza zolağında Fələstinin Həmas qruplaşması ilə İsrail arasında atəşkəsin uzadılmasına çalışır.

AzVision.az



Teqlər:





Xəbər lenti