İlon Mask Baydenə səs verməyəcək

   İlon Mask Baydenə səs verməyəcək
  30 Noyabr 2023    Oxunub:1123
Amerikalı milyarder İlon Mask 2024-cü ildə keçiriləcək prezident seçkilərində ABŞ-ın hazırkı prezidentin Cozef Baydenə səs vermək niyyətində olmadığını bildirib.
Bu barədə “The New York Times” məlumat yayıb. "Mən Baydenə səs verəcəyimi düşünmürəm", - deyə o qeyd edib. Lakin o, ABŞ-ın keçmiş prezidenti Donald Trampa səs verib-verməyəcəyini açıqlamayıb. Onun fikrincə, bu, “çətin seçimdir”.

Qeyd edək ki, ABŞ administrasiyası ilə İlon Mask arasında gərginlik artıb. Ağ ev İlon Maskı özünün “X” sosial platformasında "iyrənc" antisemitizm sui-qəsd nəzəriyyəsini dəstəkləməkdə ittiham edib, eyni zamanda, “Walt Disney Co”, “Warner Bros. Discovery” və “NBCUniversal”ın ana şirkəti “Comcast” bu sosial media saytında reklamlarını dayandırıb.

Mask çərşənbə günü “X”də yəhudilərin ağdərililərə qarşı nifrət bəslədiyini, onlara qarşı sui-qəsd hazırlandığını iddia edən bir yazı ilə razılaşdığını bildirib. Bundan sonra Ağ ev Maskı “amerikalıların əsas dəyərlərinə zidd olan" antisemitizm və irqçi nifrətin iyrənc təbliğatında ittiham edib və onun sahibi olduğu sosial platformada reklamlarını dayandırdığını vurğulayıb.

Bununla yanaşı, bazar dəyərinə görə dünyanın ən böyük şirkəti olan “Apple” da Maskın sosial şəbəkəsinə reklamlarını dayandırdığını bildirib. IBM firması isə cümə axşamı günü “X”də öz reklamlarının Adolf Hitleri və nasist partiyasını təbliğ edən məzmunun yanında yerləşdirildiyini aşkar etdikdən sonra adekvat addım atıb.

Reklamçılar bəyan ediblər ki, 2022-ci ilin oktyabrında əvvəllər tviter adlanan saytı satın alan Mask “X”də nifrət ritorikasının kəskin artmasına biganə qalır və bu faktı vətəndaş hüquqları qrupları da təsdiq edirlər.

AzVision.az





Teqlər:





Xəbər lenti