"Saakaşvili diversantdır, onu türməyə qaytarmaq lazımdır" - Elisaşvili

"Saakaşvili diversantdır, onu türməyə qaytarmaq lazımdır"    - Elisaşvili
  30 Noyabr 2023    Oxunub:797
"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhətindəki problemlər barədə ictimaiyyəti aldadır".
Bunu Gürcüstanın "Vətəndaşlar" Partiyasının lideri Aleko Elisaşvili deyib. Onun fikrincə, siyasətçi "Vivamed" həbsxana klinikasında qalmamalıdır.

"Mənə qalsa, Saakaşvilinin boynundan tutub ya Qldani həbsxanasına, ya da Rustavi həbsxanasına aparardım. Artıq bir ildir ki, "şokolad içində" yaşayır. Mikheil Saakaşvili fırıldaqçı və diversantdır. İndi aydın olub ki, onda heç bir əqli zəiflilik və kaxeksiya yaranmayıb. Strasburq qərar verib ki, Saakaşvilinin səhhətində heç nə baş vermir və o, bütün ili iki otaqda uzanaraq yalnız səhhətindən danışıb. Onu həbs etmək lazımdır”, - o qeyd edib.

Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili həbsini siyasiləşmiş qərar adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib. O, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürüldüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Saakaşvili  





Xəbər lenti