Mirzoyan Fransa rəsmisi ilə İrəvan-Bakı münasibətlərini müzakirə edib

Mirzoyan Fransa rəsmisi ilə İrəvan-Bakı münasibətlərini müzakirə edib
  30 Noyabr 2023    Oxunub:1030
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bunla müzakirələr aparıb.
Əsas mövzu İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələləri olub.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar Skopyedə (Şimali Makedoniya-red.) ATƏT Nazirlər Şurasının 30-cu sessiyası çərçivəsində baş tutub.

Mirzoyan Buna İrəvanın ötən həftə Bakıya sülh müqaviləsi layihəsi üzrə altıncı təkliflər paketini təqdim etməsi barədə məlumat verib.

Həmçinin ikitərəfli siyasi dialoqun gündəliyi və əsas istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Fransa uzun illər Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib. İkinci Qarabağ müharibəsindən sonra isə İrəvanın sülh prosesinə cəlb olunmasına mane olan əsas ölkələrdən biridir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa   Bakı   İrəvan  





Xəbər lenti