SEPAH ABŞ gəmisinə xəbərdarlıq edib

   SEPAH ABŞ gəmisinə xəbərdarlıq edib
  01 Dekabr 2023    Oxunub:1128
SEPAH-ın Hərbi Dəniz qüvvələri ABŞ-nin Kəngər körfəzindəki təyyarədaşıyan gəmisinə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, SEPAH Hərbi Dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri ABŞ-nin təyyarədaşıyan gəmisinə ünvanladığı xəbərdarlıqda İranın Kəngər körfəzində baş verən hadisələrlə bağlı adekvat adekvat addımlar atdığını bildirib.

“Dünən Amerika təyyarədaşıyan gəmisi Fars körfəzinə daxil olanda qarşısında SEPAH-a məxsus gəminin üzdüyünü görərək sürətlə Fars körfəzinin cənubuna getdi. Amerikalılar Fars körfəzində olanda özləri də bilirlər ki, ağzı bizim əlimizdə olan torbadadırlar və tamamilə bizim raketlərimizin və obyektlərimizin əhatə dairəsindədirlər. Amerika təyyarədaşıyan gəmisinin bu yaxınlarda Fars körfəzinə gəlişindən sonra biz pilotsuz təyyarələrimizlə onların üstündə idik və onlara helikopterin yerə enməsi barədə xəbərdarlıq etdik. Onlar əmrlərimizə tabe oldular”, - Təngsiri deyib.

O, ABŞ-nin bölgədəki təyyarədaşıyan gəmilərinin bütün hərəkətlərinin videolarının və fotoşəkillərinin İranın əlində olduğunu və bu dəfə körfəzə girərkən əvvəlki dəfəkindən qat-qat itaətkar olduqlarını vurğulayıb.
AzVision.az


Teqlər: SEPAH   ABŞ  





Xəbər lenti