Erməni nazir qrant fırıldağına görə işdən qovulur?

Erməni nazir qrant fırıldağına görə işdən qovulur?
  01 Dekabr 2023    Oxunub:1141
Ermənistanın yüksək texnologiya, sənaye naziri Robert Xaçatryan tutduğu vəzifədən azad ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qeyd edilir ki, onu keçmiş diaspor naziri, “Mənim addımım” Fondunun rəhbəri Mxitar Ayrapetyan əvəz edəcək.

Qeyd olunur ki, son vaxtlar Xaçatryan qalmaqallı hadisələrə görə tez-tez diqqət mərkəzində olur. O cümlədən, bu günlərdə məlum olub ki, nazirlik fəaliyyətini dayandıran bir sıra şirkətlərə böyük qrantlar verib.

Xaçatryan prezident Vaaqn Xaçaturyanın vasitəçiliyi ilə nazir təyin edilib. O, bu vəzifədə indiki prezidenti əvəzləyib. Nəşr yazır ki, bir neçə ay əvvəl nazirin prezident aparatına göndəriləcəyi barədə söhbətlər gedirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti