Molla rejimi bəlucların evlərini dağıdır - VİDEO
Bildirilir ki, İranın hərbi qüvvələri və Bələdiyyə məmurları öncə Zahidan şəhərinin Şirabad bölgəsinə verilən elektrik enerjisini kəsiblər, sonra da ekskavatorla vətəndaşların evlərini dağıdıblar.
Hadisədən sonra Şirabad bölgəsində dövlət qurumları tərəfindən güclü təhlükəsizlik tədbirləri görülüb.
Xatırladaq ki, bu, ilk belə hadisə deyil. Bundan əvvəl də Zahidan şəhərində molla rejiminə etiraz edən sünni din müəllimlərinin evləri hökumət qüvvələri tərəfindən dağıdılıb.
AzVision.az
Teqlər: İran