İranın Rusiyadakı səfiri Putinin köməkçisi ilə görüşüb

İranın Rusiyadakı səfiri Putinin köməkçisi ilə görüşüb
  01 Dekabr 2023    Oxunub:1138
Strateji müttəfiqlər olan Rusiya ilə İran arasında iqtisadi-siyasi əlaqələr sion illərdə daha da genişlənir. İranın Rusiyadakı səfiri Kazım Cəlalinin Vladimir Putinin köməkçisi İqor Levitinlə görüşü zamanı toxunulan məsələlər də bunu sübut edir.
AzVision.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, İranın Moskvadakı səfirinin Rusiya prezidentinin köməkçisi İqor Levitinlə görüşündə müzakirə edilən ən vacib mövzularından biri də İran və Rusiya arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın davam etdirilməsi, o cümlədən Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə dair razılaşma olub.

Levitin özünün Tehrana son səfərinə və İran rəsmiləri ilə apardığı danışıqlara toxunaraq, bir daha Rusiyanın Şimal-Cənub dəhlizi layihəsində iştirak etməyə hazır olduğunu vurğulayıb.
AzVision.az


Teqlər: İran   Rusiya  





Xəbər lenti