Azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın söndürülüb - Video
Qeyd edək ki, “Sadovod” bazarında baş verən yanğınla bağlı məlumat saat 11:58-də daxil olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 350 nəfər təxliyə edilib. Əməliyyat xidmətinin məlumatına görə, yanğın nəticəsində 2 nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib.
***
Moskvada məşhur “Sadovod” bazarında yanğın başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Hazırda bazardan insanların təxliyəsi həyata keçirilir. Yanğının əhatə etdiyi ərazi ilə bağlı məlumat dəqiqləşdirilir. Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir.
Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir və 9500 mağazanı əhatə edir.
Qeyd edək ki, "Sadovod" bazarında tez-tez yanğınlar baş verir. Onlardan biri bu ilin may ayında qeydə alınıb, o zaman yanğının sahəsi 50 kvadratmetr olub. Daha bir yanğın isə iyun ayında olmuşdu.
Aytən Zəhra
AzVision.az