Puya Bəxtiyarinin əmisi İran rejiminə müraciət edib - Video

   Puya Bəxtiyarinin əmisi İran rejiminə müraciət edib -    Video
  01 Dekabr 2023    Oxunub:1326
2019-cu ildə Kərəcdə Aban etirazları kimi tanınan iğtişaşlar zamanı başından güllə yarası alaraq həyatını itirən 27 yaşlı Puya Bəxtiyarinin əmisi Mehrdad Bəxtiyari hakimiyyətə müraciət edib.
AzVision.az xəbər verir ki, “İranİnternational” telegram-kanalı belə məlumat yayıb.

“Girovda olan bacımın evi hərraca çıxarılıb. Siz Qəzza zolağında insan haqlarının pozulmasından danışırsınız, lakin insan haqlarını ən böyük şəkildə pozan sizsiniz”, - Bəxtiyari deyib.

2019-cu ilin noyabrında yanacağın qiymətinin qəfil artımına görə İranda başlayan etiraz aksiyaları çox keçmədən hökumət əleyhinə hərəkata çevrildi. Noyabrın 15-də bəzi bölgələrdə başlayan bu etiraz dalğası bir həftə ərzində 29 əyalət və yüzlərlə şəhərə yayılmışdı. Hadisələr zamanı 1500 nəfər hökumət agentləri tərəfindən öldürülüb.

AzVision.az


Teqlər: İran   Bəxtiyari  





Xəbər lenti