"Borrell və Blinken qorxaqdılar" - Lavrov

   "Borrell və Blinken qorxaqdılar" -    Lavrov
  01 Dekabr 2023    Oxunub:1308
"Avropa diplomatiyasının rəhbəri Cozef Borrell və ABŞ dövlət katibi Antoni Blinken faktlarla hər hansı söhbət etməkdən qorxan qorxaqlardırlar".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov onların Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını tez tərk etmələrini şərh edərkən deyib.

“Yəqin ki, onlar bununla Rusiyanı təcrid etmək niyyətlərini vurğuladıqlarına inanırlar. Amma mən hesab edirəm ki, onlar sadəcə qorxaqdırlar, əllərində faktlarla hər hansı səmimi söhbətdən qorxurlar”, - diplomat bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti