Məryəm Üzərli və Uill Smitin səmimi fotoları

 Məryəm Üzərli və Uill Smitin səmimi  fotoları
  01 Dekabr 2023    Oxunub:1255
Səudiyyə Ərəbistanında keçirilən Qırmızı Dəniz Beynəlxalq Film Festivalına Uill Smit, Conni Depp, Şaron Stoun, Diane Kruger və Mişel Uilyams kimi bir çox məşhur isim qatılıb.
Mərasimdə Hande Erçel, Burak Özçivit və Məryəm Üzərli də olub. Festivala qırmızı libasda qatılan Məryəm Üzərli dünyaca məşhur amerikalı aktyor Uill Smitlə uzun müddət söhbət etdiyi anları İnstaqram hesabında paylaşıb. Onların səmimiliyi diqqət çəkib.

2022-ci ildə "Oskar" mükafatı mərasimində səhnəyə çıxaraq həyat yoldaşı Jada Pinkettlə bağlı zarafat edən aparıcıya yumruq vuran aktyor bir müddət əvvəl homoseksuallıq iddiaları ilə gündəmə gəlib.

'Təzə Şahzadə'nin aktyoru Duane Martin ilə münasibətdə olduğu iddia edilən aktyor bu mövzuda səssiz qalarkən, hələ də evli olduğu həyat yoldaşı Jada Pinkett açıqlama verib. O, belə bir şeyin əsla baş vermədiyini deyib.

Smitin keçmiş köməkçisinin onu və Martinini paltardəyişmə otağında birlikdə yaxaladığı iddia edilir. Jada Pinkett əlavə edib ki, bu iddia ilə çıxış edənləri məhkəməyə verəcəklər.


Şahanə Rəhimli
AzVision.az


Teqlər: MeryemUzerli  





Xəbər lenti