Birinci xanım Zelenskinin ikinci dəfə prezident olmasını istəmir

   Birinci xanım Zelenskinin ikinci dəfə prezident olmasını istəmir
  01 Dekabr 2023    Oxunub:2144
Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı Volodimir Zelenskinin müharibə bitdikdən sonra yeni müddətə prezidentliyə namizədliyini irəli sürməsini istəmir.
AzVision.az xəbər verir ki, “The Economist” nəşri Ukraynanın birinci xanımından müharibədən sonra ölkənin gələcəyi və ailəsinin ilə bağlı planlar barədə sual verib. "Ailəmiz qovuşacaq. Ərimiz və uşaqlarımızla hər zaman bir yerdə yaşayacağıq. Bundan sonra məzuniyyətə çıxıb harasa gedəcəyik, bilmirəm hara, fərqi yoxdur, ancaq birlikdə olacayıq".

Zelenskaya qeyd edib ki, bundan sonra nə edəcəklərinə qərar verəcəklər. "Çünki mən onun növbəti müddətə prezident olmasını istəmirəm. Yaxud növbəti iki müddətə. Bu, mümkün deyil. Ola bilsin ki, biz yeni nəsə tapmalı oluruq. Və bu, kreativ ideya olacaq", - birinci xanım əlavə edib.

Xatırladaq ki, Ukraynada seçkilər yalnız hərbi vəziyyət başa çatdıqdan sonra keçiriləcək.

Ali Rada 2024-cü ilin martında keçirilməsi planlaşdırılan seçkiləri ləğv edib.

AzVision.az




Teqlər:





Xəbər lenti