BƏƏ Qəzzadakı vəziyyətlə bağlı BMT-nin iclasının keçirilməsini istəyib

BƏƏ Qəzzadakı vəziyyətlə bağlı BMT-nin iclasının keçirilməsini istəyib
  02 Dekabr 2023    Oxunub:1111
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı dekabrın 4-də qapalı iclasının keçirilməsini istədik.
AzVision.az xəbər verir ki, bu barədə BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Zəki Nusseyba deyib.

"BƏƏ vəziyyətə işıq salmaq və Şuranın diqqətini bu böhrana yönəltmək üçün [BMT TŞ] iclaslarının keçirilməsi ilə bağlı müntəzəm olaraq müraciət edir. Məsələn, biz indicə bazar ertəsi Təhlükəsizlik Şurasında hərbi əməliyyatların bərpası ilə bağlı qapalı məsləhətləşmələrin keçirilməsini xahiş etdik", - deyə o bildirib.

O əlavə edib ki, BƏƏ BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlodan Yaxın Şərq regionuna səfərdən bu yaxınlarda qayıtdığını nəzərə alaraq, ondan Təhlükəsizlik Şurası] üçün brifinq keçirilməsini xahiş edib.

AzVision.az


Teqlər:





Xəbər lenti