"Peyvəndlə əhatə olunma 95 faizdən az olanda qızılcaya yoluxma artır"- Pediatr

  "Peyvəndlə əhatə olunma 95 faizdən az olanda qızılcaya yoluxma artır"-    Pediatr
  02 Dekabr 2023    Oxunub:1590
Bu gün dünyada, eləcə də Azərbaycanda qızılca xəstəliyinin sürətlə yayılmasının əsas səbəbi peyvəndlərin vurulmamasıdır. Bu xəstəlik ən çox peyvənd vurulmamış uşaqlarda bu xəstəlik görsənir.daha çox görsənir.
"Qızılcadan ölən 1 yaşlı uşaq peyvənd olunmayıb" - TƏBİB
Bunu AzVision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib. O qeyd edib ki, peyvənd vurulma nisbətlərində azalma var:

"Bu azalma tək Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Əvvəllər peyvənd vurulurdu, qızılca heçxəstəliyinə yoluxma demək olar ki, görsənmirdi. Nadirən hansısa ölkələrdə lokal alovlanmalar olurdu. Amma pandemiyadan sonra insanların peyvəndlərdən qorxması, xəstəxanaya getməməsi səbəbilə bəzi peyvənddən yayınma haları müşahidə olunmağa başladı".



Pediatrın sözlərinə görə qızılca xəstəliyi o qədər yoluxucudur ki, gərək cəmiyyətin 95 faizi daha çox peyvəndlə qorunsun.

"Bu rəqəm 95 faizin altına düşəndə virusun yayılması müşahidə edilir. Qızılca virusunda qorunmağın yolu peyvəndin vaxtlı-vaxtında vurulmasıdır. Başqa bir yol yoxdur. Uşaqlarda immun sistemini gücləndirən xüsusi müalicə yoxdur. Belə müalicə vasitələri həqiqətən immuniteti zəif olan uşaqlara və laboratoriyada təsdiqlənmiş hallarda istifadə olunur. Amma bu, sağlam və normal uşaqlar üçün keçərli deyil. Uşaqların yuxu rejiminə riayət edilməli, yaxşı qidalanmalı, idmanla məşğul olmalı, havaya çıxarılmalıdırlar. Yəni normal həyata şərtləri nədirsə ona əməl etməlidirlər".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanda ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.

Həmçinin oxu

Emin Əmrullayev: "Qızılcaya yoluxma halı çoxalarsa, distant təhsilə keçilə bilər"

TƏBİB qızılca ilə bağlı əhaliyə çağırış edib

Bakıda qızılca epidemiyası? -200-dən çox yoluxma, şagird öldü

Məktəb şagirdin ölümü ilə bağlı məlumat yayıb


Aytən Zəhra
AzVision.az


Teqlər:   Qızılca  





Xəbər lenti