İran Araz Yol Dəhlizinin həyata keçirilməsində qərarlıdır

   İran Araz Yol Dəhlizinin həyata keçirilməsində qərarlıdır
  02 Dekabr 2023    Oxunub:1515
İran hökumət əlaqələrin hərtərəfli inkişafını və Araz Yol Dəhlizi sazişinin həyata keçirilməsini istəyir.
AzVision.az bildirir ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Araz Yol Dəhlizi ilə bağlı xüsusi iclasda belə açıqlama verib.

“Biz Araz Yol Dəhlizinin həyata keçirilməsində qərarlıyıq. Bu gün biz yeni Qafqazla üz-üzəyik və Cənubi Qafqazı dünyanın tranzit və ticarət darboğazına çevirəcək bu yeni mühitdə fəal rol oynamağa çalışmalıyıq. Son görüşlərdə iki ölkə başçısı Araz avtomobil dəhlizinin yaradılması ilə bağlı sazişin icrasını xüsusi vurğulayıb və Azərbaycan Prezidenti Ağbənd-Kələki körpüsü layihəsinin həyata keçirilməsi üçün 8 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb. Gələcəkdə Azərbaycanın 500 milyon dollarlıq sərmayəsi ilə dəmir yolu əlaqəsi də həyata keçiriləcək”, - Musəvi deyib.

Səfir, həmçinin Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinə səfərləri zamanı bu vilayətləin əksər ağsaqqalları və yüksəkvəzifəli şəxsləri ilə görüşü zamanı Araz Yolu Dəhlizi məsələsinə milli baxışın olması zərurətini qaldırdığını və bu məsələnin İranın regional hakimiyyət orqanlarının maraqlarına uyğun olduğunu bildirib.
AzVision.az


Teqlər: Azərbaycan   İran  





Xəbər lenti