Erməni professor: “İran ən böyük, ən əziz dostumuzdur”

   Erməni professor:    “İran ən böyük, ən əziz dostumuzdur”
  02 Dekabr 2023    Oxunub:1087
Ermənistanın Avropa Universitetinin rektoru Heqine Bişaryan İranın “Pəyam-e Nur” Universitetinin rektoru İbrahim Tağızadə ilə görüşdə diqət çəkən açıqlamalar verib.
İranın “Tələbə” xəbər saytının məlumata görə, o, İran və erməni xalqları arasında mehriban dostluq münasibətlərinə toxunaraq deyib ki, “Bizim 4 qonşumuz var və İran ən böyük, əziz dostumuzdur. Amma digər qonşular haqqında bunu əminliklə deyə bilmərəm”.

İran hökuməti və xalqının Qarabağ münaqişəsi dövründə Ermənistana "dostcasına dəstəyini" yüksək qiymətləndirən Bişariyan həmçinin qeyd edib ki, “İran xalqına və İslam Respublikası dövlətinə bütün qəlbimlə təşəkkür edirəm”.

Öz növbəsində, İranın “Pəyam-e Nur” Universitetinin rektoru da Ermənistanın Avropa Universiteti ilə daha geniş əməkdaşlığa hazır olduqlarını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti