Qrossi: İran və dünya gücləri yeni saziş üzrə danışıqlar aparmalıdır
O, dünya güclərini İranla nüvə danışıqlarını bərpa etməyə, Teranın ambisiyalarını, xüsusən də onun zənginləşdirilmiş uran ehtiyatlarının həcminin təhlükəli dərəcədə artdığını nəzərdən qaçırmamağa çağırıb.
“Yəqin ki, hazırda diqqət Qəzzada müharibəsindədir. Deməli, İran dünya ictimaiyyətində ölkənin nüvə proqramına biganəliyin olduğunu düşünür. İranla nüvə sazişinin yeni çərçivəyə ehtiyacı ola bilər və 2015-ci il JCPOA-nın dirçəldilməsi artıq işləməyə bilər. Danışıqlar yeni saziş üzərində aparılmalı və ölkələr yeni şərtlərə uyğunlaşmalıdır. Biz dünya güclərindən İrana təzyiq göstərməyi tələb etmirik, lakin biz agentliklə qarşılıqlı əlaqə yaratmaq və beynəlxalq ictimaiyyətdə ən azı minimal konsensus yaratmaq istəyirik”, - Qrossi deyib.
MAQATE-nin son hesabatında İranda 60% səviyyəsində zənginləşdirilmiş uranın miqdarının 128 kq-a çatdığı bildirilir ki, bu da üç atom bombası hazırlamaq üçün kifayətdir.
AzVision.az