TBMM sədri: “BMT zibil qutusuna atılıb”

   TBMM sədri:    “BMT zibil qutusuna atılıb”
  02 Dekabr 2023    Oxunub:943
“BMT artıq faktiki olaraq yoxdur. Təəssüflə deməliyəm ki, bu qurum zibil qutusuna atılıb”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

O bildirib ki, beynəlxalq siyasi sistem artıq çöküb: “Dünyada yeni sistem qurulacaq. Bu, qaçılmazdır”.

N.Kurtulmuşun sözlərinə görə, Qərb ölkələrinin hakimiyyətlərindən fərqli olaraq xalqları hələ də vicdanını itirməyib: “Onların etirazları bunu deməyə əsas verir”.

Parlament sədri qeyd edib ki, dünya sadəcə 5 ölkənin qərarları ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ - red.) idarə edilə bilməz: “Bu, doğru deyil. Hər kəs eyni dərəcədə müstəqil olmalıdır. Ona görə də biz deyirik ki, dünya beşdən böyükdür. Dünya kimsənin atasının malı deyil, kimsəyə miras da qalmayacaq”.

Onun fikrincə, Türkiyə gələcəyin parıldayan ulduzu olacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti