Papa hərbi xərclərin aclıqla mübarizəyə yönəldilməsini təklif edib

Papa hərbi xərclərin aclıqla mübarizəyə yönəldilməsini təklif edib
  02 Dekabr 2023    Oxunub:997
Roma Papası Fransisk dövlətləri aclıqla mübarizə üçün beynəlxalq fond yaratmağa və hərbi sənayeyə ayrılan vəsaitləri fonda yönəltməyə çağırıb.
Bu barədə Vatikan rəhbərinin Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı iştirakçılarına ünvanladıı müraciətdə deyilir. Səhhətinə görə papa BƏƏ-yə səfər edə bilməyib, konfransda çıxışını Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin səsləndirib.

Roma Papası ictimaiyyətin diqqətini dövlətlərin bu günlərdə bütün dünyada: İsrail və Fələstində, Ukraynada və digər yerlərdə başlayan müharibələrə çox böyük enerji sərf etməsinə yönəldib. O vurğulayıb ki, münaqişələr yaranan problemləri həll etmir, əksinə, onların artmasına gətirib çıxarır, silahlar Yer kürəsini məhv edir.

“Mən hərbi məqsədlərə xərclənən puldan iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrdə aclığın kökünü kəsmək və davamlı inkişaf layihələri üçün beynəlxalq fond yaratmaq üçün istifadə etməyi təklif edirəm”.


AzVision.az


Teqlər:





Xəbər lenti