Litva ABŞ-dan müasir PUA-lar alacaq

   Litva ABŞ-dan müasir PUA-lar alacaq
  02 Dekabr 2023    Oxunub:1142
Litva ABŞ-dan “Switchblade 600” pilotsuz döyüş uçuş aparatlarını 2024-cü ildə idxal edəcək.
Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas məlumat verib. Onun sözlərinə görə, Litva ABŞ-dan sonra ordusunu yeni pilotsuz təyyarələrlə təchiz edən ilk ölkə olacaq.

“Yeni PUA-lar ölkənin bölmələrini qorumaq imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. Ölkəmiz pilotsuz təyyarələrin buraxılması və idarə olunması üçün avadanlıqlar, texniki paketlər və simulyatorlar da alacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti