Satanovski: Dekabrın 14-də Putinə qarşı qiyam təşkil olunacaq

      Satanovski:    Dekabrın 14-də Putinə qarşı qiyam təşkil olunacaq
  02 Dekabr 2023    Oxunub:1665
Dekabrın 14-də Rusiya prezidentinin ölkə vətəndaşları ilə canlı onlayn əlaqəsi və KİV-lərin nümayəndələri ilə böyük mətbuat konfransı keçiriləcək. Məhz həmin gün Putinin təhlükə ilə üzləşəcəyi bildirilir.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl hakimiyyətin mərhəmətindən məhrum olunan yəhudiəsilli məşhur ruisyalı politoloq Yevgeni Satanovski həmin gün Rusiya elitasının qiyam elan etməsi ehtimalının böyük olduğunu deyib.

Onun fikrincə, ölkə isteblişmentinin nümayəndələri əsl iğtişaş törədə bilərlər. Ekspert öz proqnozunu, böyük ehtimalla, həmin gün Putinin yenidən prezident seçilmək qərarını açıqlayacağı ilə əsaslandırır.

“Bu isə qiyam baxımından elita üçün ən uğurlu gün olacaq. Bu onunla bağlıdır ki, qərbyönlü məmurlar Putinin dövlət başçısı vəzifəsinə namizədliyini elan edərkən onun üçün müsbət xəbər fonunun vacib olduğunu bilirlər. Liberallar bu xəbərin açıqlandığı müsbət fonu korlasalar, üsyanın baş tutduğunu düşünə bilərlər” , - Vera Star nəşri Satanovskidən siat gətirir.

Politoloq liberalların bunun üçün indiyədək sınaqdan keçirilmiş sxemlərdən yararlanmağa çalışacaqlarını istisna etmir: rublun çöküşü və ya Mərkəzi Bankın uçoit dərəcəsini kəskin şəkildə artırması. Onlar bir növ kataklizm də yarada bilərlər. Məsələn, inflyasiyanı kəskin şəkildə artıracaqlar.

Qiyamın məqsədi rusların Putinin seçki proqramına və onun seçdiyi siyasi kursa inamsızlığına nail olmaqdır. Sadəcə olaraq, praktikada belə görünəcək: ekranlardan Putin bir şey deyir, amma dollar artıq 110 rubldur, toyuq ətinin qiyməti isə iki dəfə artıb.

“Prezidentin özü və ətrafı buna hazır olmalıdır. Çünki Qərbə satılmış liberal elita yatmayıb və genişmiqyaslı təmizləmə aparılmayana qədər liberallar öz planlarını həyata keçirmək cəhdlərini dayandırmayacaqlar. Belə cəhd isə məhz dekabrın 14-də olacaq” , - Satanovski vurğulayıb.

Qeyd edək ki, uzun illər ərzində Kremlin təbliğat-təşviqat ruporlardan biri olan Yevgeni Satanovski bir müddət əvvəl Rusiya xarici işlər nazirliyinin mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarova haqqında səsləndirdiyi kinayəli və təhqiramiz ifadələrdən sonra hakimiyyətin mərhəmətindən məhrum edilib.
Sahil İsgəndərov
AzVision.az



Teqlər: Putin   qiyam  





Xəbər lenti