Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib
  02 Dekabr 2023    Oxunub:1339
Almaniya hökuməti Ukraynaya 3 840 ədəd 155 mm kalibr artilleriya mərmisinin daxil olduğu yeni hərbi yardım paketini təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın federal hökuməti məlumat yayıb.

Yeni paketə 3 840 ədəd 155 mm kalibr artilleriya mərmisi, 5 ədəd dronları aşkarlama sistemi, 4 ədəd 8x8 HX81 yedəkçisi və yarımqoşqular, 8 ədəd “Zetros” yük maşını, 3 ədəd nəqliyyat vasitəsi (yük avtomobili, mikroavtobus, xizəkli-tırtıllı avtomobil), sərhəd xidməti üçün 2 ədəd avtomobil, 25 ədəd lazer uzaqlıqölçəni, 15 ədəd HLR 338 snayper tüfəngi və 60 min güllə, 250 ədəd partladıcı materiallı alət dəsti daxil edilib.

AzVision.az



Teqlər: Almaniya   Ukrayna  





Xəbər lenti