“Qanuni Oğrular” ın liderlərindən biri saxlanıldı - Video

   “Qanuni Oğrular” ın liderlərindən biri saxlanıldı -  Video
  03 Dekabr 2023    Oxunub:1667
Türkiyə hökuməti bazar günü İstanbulda Rusiyada fəaliyyət göstərdiyi iddia edilən mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri Şamil Əmirovun həbs olunduğunu bildirib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya sosial şəbəkədə yazıb.

“Kafes-15” əməliyyatı nəticəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayətkar dəstəsinin liderlərindən biri Şamil Əmirov yaşadığı İstanbulun Sarıyer rayonunda saxlanılıb”, - Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, Əmirov dələduzluqda ittiham olunaraq İnterpol tərəfindən “mavi” bülletenlə axtarışa verilibmiş.



AzVision.az


Teqlər:





Xəbər lenti