Güclü qar təyyarəni aşırdı

   Güclü qar təyyarəni aşırdı
  03 Dekabr 2023    Oxunub:1116
Avstriyanın "Bairline" aviaşirkətinə məxsus biznes təyyarəsi Münhen hava limanında qarın yapışması səbəbindən arxa gövdəsi üzərinə aşıb. Bu barədə RİA Novosti-yə şirkət və hava limanının mətbuat xidmətindən məlumat verilib.
"Bu təyyarə həqiqətən də şirkətimizin təyyarələrindən biridir. Qəzaya səbəb güclü qar yağması olub. Güclü qar yağması səbəbindən Münhen hava limanından bütün uçuşlar bazar günü səhərə qədər dayandırılıb", - Bairline nümayəndəsi bildirib.

Bundan əvvəl sosial şəbəkələrdə qarın quyruq blokuna və mühərriklərinə yapışması səbəbindən tarazlığını itirən Cessna Citation X təyyarəsinin videosu yayılıb. İddia olunurdu ki, təyyarə qlobal istiləşmə ilə mübarizəyə həsr olunmuş COP28 iqlim konfransı üçün Dubaya uçmalı imiş.

Ancaq aviaşirkət təyyarənin Dubaydakı iqlim konfransına getməli olduğunu təkzib edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti