Canlı yayım zamanı TRT müxbirinin evi bombalandı - Video

   Canlı yayım zamanı TRT müxbirinin evi bombalandı -    Video
  03 Dekabr 2023    Oxunub:1507
TRT Arabi-nin müxbiri Rubai Halit Qəzza zolağından birbaşa bağlantıda olarkən arxa fonda onun valideynləri, həyat yoldaşı və övladlarının yaşadığı bina kompleksi bombalanıb.
Halit diktorun sualını cavablandırarkən ailəsindən xəbər ala bilmədiyini bildirib və göz yaşlarına hakim ola bilmədiyi üçün yayımı kəsmək məcburiyyətində qalıb.

"Bura insanların sıx olduğu Əmirədir. Burada çoxlu köçkünlər var. Ailəm, həyat yoldaşım və övladlarım bu binada yaşayır. İndiyə kimi onların vəziyyətini öyrənə bilməmişəm", müxbir deyib.

Daha sonra Halit ailəsinin hücumdan əvvəl evlərini tərk edərək bombardmandan xilas olduğu öyrənilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti