İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlara başlayıb

   İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlara başlayıb
  03 Dekabr 2023    Oxunub:1433
"İsrail qoşunları Qəzza zolağının cənub hissəsində aktiv döyüş əməliyyatlarına başlayıb. Əməliyyatlar anklavın şimal hissəsində olduğu kimi intensivliklə aparılacaq".
Ordunun mətbuat xidməti xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Qəzza diviziyasının hərbçiləri ilə görüşündə deyib.

O qeyd edib ki, Qəzza zolağında əməliyyat fasiləsinə qədər İsrail hərbçiləri HƏMAS təşkilatı ilə əlaqəli fələstinli radikalların iki briqadasını qismən məhv ediblər. Hazırda İsrail ordusunun 162-ci diviziyası bu nailiyyətləri anklavın şimal hissəsində möhkəmləndirməyə davam edir.

“Dünən və bu gün biz briqada komandirlərini və bir çox HƏMAS yaraqlısını məhv etdik. Biz Qəzza zolağının cənub hissəsində eyni prosesə başladıq, bu, şimaldan heç də az olmayan güclə həyata keçiriləcək və heç də az nəticə verməyəcək".

O, İsrail ordusunun qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.

“Bizim bunu ən əsaslı şəkildə etmək imkanımız var və bunu Qəzza zolağının şimalında güclü və hərtərəfli etdiyimiz kimi, indi də Qəzza zolağının cənubunda edirik.

Və biz Qəzza zolağının şimalında əldə etdiyimiz nailiyyətləri möhkəmləndirməyə davam edəcəyik”, - Halevi əlavə edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti