ABŞ və İsrail səfirlikləri yaxınlığında şübhəli bağlamalar tapılıb

ABŞ və İsrail səfirlikləri yaxınlığında şübhəli bağlamalar tapılıb
  04 Dekabr 2023    Oxunub:966
Yeni Zelandiyanın paytaxtında Amerika və İsrail səfirliklərinin binaları yaxınlığında şübhəli bağlamalar aşkarlanıb.
Müvafiq məlumatı aldıqdan sonra Yeni Zelandiya Müdafiə Nazirliyi hadisə yerinə partlayıcı qurğuların zərərsizləşdirilməsi qrupları göndərib. Nəticədə mütəxəssislər bu küçələrə bitişik küçələrdə nəqliyyatın hərəkətini kəsib, həmçinin yaxınlıqdakı kilsə və məktəbləri bağlayıblar. Lakin bağlamalara baxış keçirildikdən sonra onların insanların həyatı və sağlamlığı üçün heç bir təhlükənin olmadığı məlum olub.

Polis rəsmiləri onu da əlavə ediblər ki, hər iki hadisə ilə bağlı araşdırma aparılacaq. Xüsusilə, hüquq-mühafizə orqanlarının əməkdaşları paketləri tərk edən şəxslərin kimliyini müəyyən etməyə ümid edirlər.

“New Zealand Herald” qəzeti qeyd edib ki, İsrail səfirliyinin binası yaxınlığında aşkarlanan bağlamada körpə formasında qırmızı parçaya bükülmüş kukla olub.


AzVision.az


Teqlər:





Xəbər lenti