İctimai birliklər BMT rəsmisinə hesabat təqdim ediblər

İctimai birliklər BMT rəsmisinə hesabat təqdim ediblər
  04 Dekabr 2023    Oxunub:1081
Birləşmiş Millətlər Təşkilatının Mədəni hüquqlar sahəsində xüsusi məruzəçi Aleksandra Xantaki bu yaxınlarda “Qarabağda erməni mədəni irsinin məhv edilməsi” haqqında yanlış bəyanatla çıxış edib. Xüsusi məruzəçi bu bəyanatı ona verilən yanlış məlumatlara əsasən edib.
AzVision.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi cavab olaraq 35 kompüter səhifəsi həcmində “Mədəni hüquqlar sahəsində xüsusi məruzəçi üçün "Ermənistanda dağıdılan, erməniləşdirilən və ya başqa millətlərə aid edilən abidələr" adlı birgə hesabat hazırlayaraq xüsusi məruzəçityə göndərib.

Birgə hesabatda indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycanda məhv edilmiş, erməniləşdilmiş 9 məcsid, 7 məbəd, 3 qəbirüstü abidə, 1 qədim yaşayış məntəqəsi, 3 karvansaray, 5 türbə, 2 mədrəsə, 3 qala, 2 pir və 1 körpü haqqında məlumatlar və şəkillər yerləşdirlib.


AzVision.az


Teqlər:





Xəbər lenti