Ukrayna ifrat sağçılara görə 50 milyard avro itirə bilər
Ukraynanın gələcək Aİ-yə inteqrasiyası Macarıstanın müqaviməti ilə sual altına qoyulur və ABŞ prezidenti Co Bayden administrasiyasının Konqresin Ukraynaya 60 milyard dollarlıq yeni tranş ayırmasına nail olmaq səyləri Respublikaçılar Partiyasının tərəfdarlarının müqaviməti ilə üzləşir.
Avropa İttifaqının Sülh Fonduna Ukraynaya dəstək üçün 50 milyard avronun ayrılması məsələsi dekabrın 14-15-də Brüsseldə keçiriləcək Aİ sammiti öncəsi müzakirə olunacaq.
Gözlənilir ki, danışıqların gedişinə Niderlandda seçkilərdə ifrat sağçıların qələbəsi və Almaniya məhkəməsinin hökumətin yeni kreditlərin alınmasına icazə verməməsi qərarının ciddi təsiri olacaq.
AzVision.az
Teqlər: