Milli şüarlara görə Təbriz klubuna təzyiq göstərilir

   Milli şüarlara görə Təbriz klubuna təzyiq göstərilir
  04 Dekabr 2023    Oxunub:887
Azərbaycanlı azarkeşlər idman yarışlarında milli şüarlar səsləndirdikləri üçün İranın Futbol federasiyası Təbrizin “Traktor” futbol komandasına təzyiq göstərir.
AzVision.az “Güney Azfront” teleqram-kanalına istinədən xəbər verir ki, Azərbaycan klubunun sosial media hesabında belə məlumat paylaşılıb.

Məlumatda bildirilir ki, İranın Futbol federasiyasının İntizam komitəsi “Traktor” klubuna göndərdiyi məktubda noyabrın 25-də Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə azərbaycanlı azarkeşlərin qeyri-etik şüarlar səsləndirdiyini iddia edərək bununla bağlı klubdan 48 saat ərzində izahat istəyib.

Sözügedən qurum “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “Azərbaycan var olsun, istəməyən kor olsun” kimi milli şüarları qeyri-etik sayıb.
AzVision.az


Teqlər: İran   Traktor  





Xəbər lenti