Cənubi Koreya prezidenti altı naziri birdən dəyişir

 Cənubi Koreya prezidenti altı naziri birdən dəyişir
  04 Dekabr 2023    Oxunub:927
Koreya Respublikasının prezidenti Yun Sok Yol maliyyə naziri də daxil olmaqla nazirlər kabinetin altı üzvünü dəyişir. Bu barədə Yonhap agentliyi Cənubi Koreya liderinin administrasiyasına istinadən məlumat yayıb.
Dəyişiklik Kənd Təsərrüfatı, Dənizçilik, İnfrastruktur, Kiçik və Orta Müəssisələr Nazirliklərinə, həmçinin Veteranlarla İş Departamentinə də təsir edib.

İqtisadiyyat və maliyyə naziri vəzifəsinə prezidentin iqtisadi məsələlər üzrə keçmiş baş katibi Çxve Sanq Mok, Kənd təsərrüfatı naziri vəzifəsinə isə Kənd İqtisadiyyatı İnstitutunun keçmiş baş elmi işçisi Son Mi Ryon təklif edilib.

Dəniz və balıqçılıq naziri Okeanologiya və Texnologiya İnstitutunun direktoru Kan Do Hyun, Dövlət əraziləri, infrastruktur və nəqliyyat naziri isə dövlət mənzil-tikinti korporasiyasının rəhbəri Pak San-U olmalıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti