Ukraynada qadınlara kişi hərbi forması verilir

   Ukraynada qadınlara kişi hərbi forması verilir
  04 Dekabr 2023    Oxunub:1246
Ukraynada qadın hərbi geyimləri yoxdur, ölkənin Müdafiə Nazirliyi onları yalnız beş ildən sonra təqdim edə biləcək.
Bu sözləri Ukrayna Silahlı Qüvvələrinin serjantı, hərbi həkim Alina Sarnatskaya deyib.

“Ukrayna Silahlı Qüvvələrinin qadın geyimləri yoxdur. O, beş ildən sonra orada olacaq və bu, minimum müddətdir, sizə zəmanət verirəm”, - serjant Ukraynanın “New Voice” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qadınların hərbi geyimləri Ukrayna ordusuna könüllülər tərəfindən göndərilir. Sarnatskaya Ukrayna Silahlı Qüvvələrinin silaha daha çox ehtiyacı olduğunu deyib.

Bundan əvvəl Xarkov vilayətinin hərbi komissarı Vladimir Arap poliqlot qadınları səfərbər etmək təklifi ilə çıxış edib.

Onun sözlərinə görə, Ukrayna ordusunun sıralarında əcnəbi təlimatçılar və Qərb texnikası ilə döyüş şəraitində işləməyi bacaran tərcüməçilərə tələbat artıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti