İranda pensiyaçılar hökumətin siyasətindən narazıdırlar - VİDEO

   İranda pensiyaçılar hökumətin siyasətindən narazıdırlar -    VİDEO
  04 Dekabr 2023    Oxunub:898
İranın Kirmanşah əyalətində pensiyaçılar Sosial Müdafiə fondunun yerli şöbəsinin önündə etiraz aksiyası keçiriblər
AzVision.az xəbər verir ki, narazı pensiyaçıların etiraz aksiyası “Nə parlament, nə hökumət bu xalqı düşünmür”, “Müflis olmuş hökumət təqaüdçülərin düşmənidir”, “Korrupsiya və yoxsulluğa qarşı etiraz və birlik” şüarları altında keçib.

Son illər İran iqtisadiyyatında qeydə alınan geriləmə tendensiyaları ölkədə sosial problemlərə həssas olan pensiyaçılar təbəqəsinin vəziyyətinə ciddi neqativ təsir göstərir.

AzVision.az


Teqlər: İran   pensiyaçılar  





Xəbər lenti