ABŞ-nin hava qüvvələri İran PUA-sını ələ keçirib

ABŞ-nin hava qüvvələri İran PUA-sını ələ keçirib
  04 Dekabr 2023    Oxunub:854
Amerikanın “USS Dwight Eisenhower” təyyarədaşıyan gəmisini müşayiət edən hərbi hava bölmələri bölməsi Fars körfəzində İranın pilotsuz təyyarəsini ələ keçirib.
AzVision.az ABŞ Mərkəzi Komandanlığının Qərargahının (CENTCOM) X sosial şəbəkəsində “İran pilotsuz təyyarəsi”nin fotosunu dərc etməklə yaydığı məlumata istinadən xəbər verir ki, təyyarədaşıyan gəminin hava əməliyyatları zamanı dron “təhlükəli və qeyri-peşəkar şəkildə” idarə olunub.

CENTCOM-un açıqladığı bəyanata görə, Amerikanın Hərbi Dəniz qüvvələri beynəlxalq hüququn icazə verdiyi sularda uçmağa və üzməyə davam edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ ordusunun rəsmiləri İran PUA-sının Ərəbistan dənizində “Eisenhower” təyyarədaşıyan gəmisindən təxminən 1350 metr yaxınlığında qeydə alındığını bildirmişdilər.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti