İranın 16 vilayətinə əfqanların girişi qadağan olunub

İranın 16 vilayətinə əfqanların girişi qadağan olunub
  04 Dekabr 2023    Oxunub:904
İranın Ali Milli Təhlükəsizlik şurası Əfqanıstan vətəndaşlarının ölkənin 16 vilayətinə girişini, məskunlaşmasını və işlə təmin olunmasını qadağan edib.
AzVision.az xəbər verir ki, Kirmanşah valiliyinin xarici vətəndaşlar və mühacir işləri üzrə baş direktoru Həmzə Süleymani “İSNA” agentliyinə müsahibəsində belə məlumat açıqlayıb.

Bu ilin əvvəlindən Kirmanşahda müəyyən edilmə, həbs və qanunsuz vətəndaşların ölkədən çıxarılması planının səkkiz mərhələsi həyata keçirilib.

İran mediasının məlumatına görə, Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Kürdüstan, Gilan, Mazandaran və Sistan və Bəlucistan vilayətləri Əfqanıstan vətəndaşlarının qalması qadağan edilən vilayətlər sırasındadır.

Əfqanıstan vətəndaşlarının İranda olmasının son aylarda mübahisəli vəziyyət yaratması nəticəsində onlara qarşı məhdudiyyətlər tətbiq edilib.
AzVision.az


Teqlər: İran   əfqanlar  





Xəbər lenti