Hava zərbələri İranın vəkil qüvvələrinin 5 üzvünü öldürüb
ABŞ ordusu sözügedən hücumla bağlı hələlik məlumat verməyib. Eyni zamanda, Amerika rəsmisi Suriyanın şimal-şərqində yerləşən beynəlxalq qüvvələrin bazasının raket hücumlarına məruz qaldığını, lakin tələfat olmadığını bildirib.
İranın İraqdakı vəkil qüvvələri oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri Amerika qüvvələrinə qarşı 70-dən çox hücum həyata keçirib. Bu hücumları pisləyən İraq hökuməti belə addımları İraqın milli suverenliyinin pozulması adlandırıb.
AzVision.az