İran: öldürülən hərbi müşavirlərin qisasını alacağıq

      İran:    öldürülən hərbi müşavirlərin qisasını alacağıq
  04 Dekabr 2023    Oxunub:943
Tehran Dəməşqin cənubunda İsrailin hava zərbələri nəticəsində öldürülən iki SEPAH generalının qisasını alacağı ilə hədələyib.
AzVision.az xəbər verir ki, İranın xarici işlər nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi mətbuat konfransında Suriyadakı iranlı hərbi müşavirlərə qarşı heç bir hərəkəti ehranın cavabsız qoymayacağını bildirib.

“İranın, eləcə də Suriyadakı hərbi müşavirlərimizin maraqlarına və təhlükəsizliyinə qarşı heç bir addım cavabsız qalmayacaq. Bu cür hallara reaksiya vermək təcrübəmiz var”, - Kənani deyib.

Qeyd edək ki, dekabrın 2-də SEPAH İsrail Hərbi Hava qüvvələrinin Dəməşqə raket zərbəsi endirməsi nəticəsində Suriyada yerləşdirilən iki hərbi məsləhətçisinin həlak olduğunu elan edib. Bu, İsrail və Fələstin arasında oktyabrın 7-də başlayan münaqişədən sonra SEPAH üzvləri arasında itkilərlə bağlı ilk rəsmi açıqlamadır.
AzVision.az


Teqlər: Kənani   qisas  





Xəbər lenti