ÜST: "Qəzzada xətəxanalara misli görünməmiş sayda hücumlar olub"

      ÜST:    "Qəzzada xətəxanalara misli görünməmiş sayda hücumlar olub"
  05 Dekabr 2023    Oxunub:1124
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında həkimlərin saxlanması və həbsi, habelə görünməmiş sayda tibb müəssisələrinə və təcili yardım maşınlarına hücumlar barədə məlumat verib.
AzVision.az xəbər verir ki, bu barədə ÜST-nin X sosial şəbəkəsində (keçmiş Twitter) səhifəsində dərc edilmiş bəyanatda bildirilir.

"ÜST oktyabrın 7-dən noyabrın 28-dək səhiyyə müəssisələrinə misli görünməmiş sayda hücumlar qeydə alıb. Xəstəxanalara, təcili yardım maşınlarına və tibbi ləvazimatlara 203 hücum olub, o cümlədən tibb işçilərinin saxlanılıb. Bu, yolverilməzdir", - təşkilatdan bildirilib.

ÜST münaqişə tərəflərinə “mülki əhalinin və mülki infrastrukturun mühafizəsi üçün bütün mövcud tədbirləri” dərhal cəlb etməyə çağırır.

ÜST Qəzza zolağında səhiyyə ocaqlarında vəziyyətin “fəlakətli” olaraq qaldığını vurğulayıb. Xan Yunisdəki Nasser Xəstəxanasını misal gətirən dünya təşkilatı region xəstəxanalarının “xəstə və qaçqınlarla dolu olduğunu” bildirib. "Tibb işçiləri çatışmazlığı var, mövcud olanlar isə dayanmadan işləyir və yorğundur. Bir çox xəstələr yerdə müalicə olunur", - məlumatda deyilir.

ÜST həmçinin bildirib ki, hazırda Qəzza zolağında xəstəxanalarda çarpayılarla doluluq 171%, reanimasiya şöbələrində isə 221% təşkil edir. 350 çarpayılıq Nasser Tibb Kompleksində 1000 xəstə və minlərlə qaçqın, 370 çarpayılıq Avropa Qəzza Xəstəxanasında isə 1000 xəstə və təxminən 70 000 məcburi köçkün var.

AzVision.az


Teqlər:





Xəbər lenti