Fidel Kastronun bacısı Xuanita Kastro vəfat edib

Fidel Kastronun bacısı Xuanita Kastro vəfat edib
  05 Dekabr 2023    Oxunub:913
Kuba inqilabının lideri, keçmiş prezident Fidel Kastronun bacısı Xuanita Kastro vəfat edib.
Univision saytının məlumatına görə, bir müddət Mayamidə xəstəxanada müalicə alan Kastro 90 yaşında dünyasını dəyişib.

Ailə üzvlərinin verdiyi açıqlamada Xuanita Kastronun təbii səbəblərdən vəfat etdiyi və dəfn mərasiminin ailə arasında keçiriləcəyi bildirilib.

Xuanita Kastronun xatirələrini yazan yazıçı Maria Antonieta Kollinz açıqlamasında deyib: “Bu gün Xuanita Kastro ölüm-dirimdə bizdən öndə getdi, o, qeyri-adi bir qadın və çox sevdiyi Kuba işi üçün yorulmadan çalışan döyüşçü idi”.

Kuba inqilabı ilə bağlı qardaşları Fidel və Raul ilə fikir ayrılığı yaşayan Kastro 1964-cü ildə ölkəsini tərk edərək ABŞ-ın Mayami şəhərində məskunlaşıb.

“Donna” təxəllüsü ilə ABŞ məxfi xidməti MKİ ilə əməkdaşlıq edən Kastro Kuba inqilabının lideri Fidel Kastro və Raul Kastronun administrasiyasını “açıq şəkildə” pisləyib.

Xuanita Kastro illər əvvəl demişdi: "Şübhəsiz ki, mən mühacirətdə olan digər insanlardan daha çox əziyyət çəkdim, çünki Florida boğazının heç bir tərəfində mənə möhlət vermədilər və həyatımın paradoksunu çox az adam anlayır. Kubadakılar üçün mən Mən getdiyim və mövcud rejimi pislədiyim üçün fərari oldum. Mayamidə bir çox insanlar üçün mən Fidel və Raulun bacısı olduğum üçün persona non qrata elan olundum".

AzVision.az


Teqlər:





Xəbər lenti